ABŞ Avropada 30 ilin ən böyük hərbi təliminə hazırlaşır

ABŞ 2020-ci ilə qədər Avropada Soyuq müharibə dövründən sonra ən böyük hərbi təlimini keçirməyi planlaşdırır.

Axar.az xəbər verir ki, bunu amerikalı konqresmen Con Qaramendi deyib. Onun sözlərinə görə, təlimlərin məqsədi müdafiənin gücləndirilməsi və müxtəlif ordular arasında qarşılıqlı fəaliyyətin təminidir.

Qeyd edək ki, ABŞ bundan öncə Polşada hərbi mövcudluğunu artıracağını açıqlayıb.