İranın Bağdaddakı səfiri İrəc Məscedi İraqın Xarici İşlər Nazirliyinə çağırılıb.
Report xəbər verir ki, səfirdən ABŞ-ın İrana mümkün hücumu zamanı ərazisindən istifadə edəcəyi istənilən ölkəni, o cümlədən İraqı vuracaqları barədə verdiyi bəyanatla bağlı izahat tələb edilib.
İraq XİN-in rəsmisi Əbdül-Kərim Haşem ABŞ hərbçilərinin rəsmi Bağdadın istəyi ilə ölkədə olduqlarını İrəc Məscedinin nəzərinə çatdırıb.
Qeyd edək ki, bir müddət əvvəl İ.Məscedi “Dijla” telekanalına müsahibəsində ABŞ-ın İrana hücum edəcəyi dünyanın istənilən nöqtəsinə, o cümlədən İraqa cavab zərbəsi endirəcəklərini bildirib.