2020-ci ilin sentyabrından etibarən Ukraynadakı bütün rusdilli məktəblərdə rus dili ukraynca ilə əvəz ediləcək.
Axar.az xəbər verir ki, bunu Ukraynanın Təhsil və Elm naziri Anna Novosad deyib. Onun sözlərinə görə, Ukraynada hazırda rusdilli məktəblər azdır.
O, Avropa Birliyi dilləri sırasına daxil olan milli azlıqların dilində olan məktəblərdə ukrayncanın tətbiqinə 2023-cü ilin sentyabrından start verəcəyi bildirilib.