Paşinyan əsəbiləşdi: Ermənistan səfirini Polad Bülbüloğlundan nümunə götürməyə çağırıb

Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ-a səfərindən əvvəl Xarici İşlər Nazirliyinin yüksək vəzifəli şəxsləri, diplomatik korpusun əsas nümayəndələri və Ermənistan üçün əhəmiyyətli ölkələrdə akkreditə olunmuş səfirləri ilə geniş tərkibli qapalı iclas keçirib.

Virtualaz.org erməni KİV-inə istinadən bildirir ki, Paşinyan olduqca qəzəbli və çox kəskin danışıb, diplomatik siyasətə cavabdeh olanları total hərəkətsizlikdə ittiham edib.

Məlumata görə, o, daha çox Avropa İttifaqının Ermənistandakı nümayəndəsindən, Ermənistanın Rusiya, ABŞ və Çindəki səfirlərindən narazı olduğunu bildirib və deyib ki, "belə nəhənglər Ermənistana külli miqdarda investisiya qoymaq məsələsində maraqlı olmalıdırlar, əks təqdirdə siz nəyə lazımsınız?”. Xüsusilə, Ermənistanın Rusiyadakı səfirini Polad Bülbüloğlundan nümunə götürməyə çağırıb.

N.Paşinyan ilin sonunadək investisiya məsələlərinə dair xüsusi məruzə hazırlamaq və bu dövrdə hansı addımların atıldığı barədə hesabat təqdim etməklə bağlı konkret tapşırıqlar verib.