UNESKO Gürcüstan paytaxtı Tbilisini 2021-ci ilin “Dünya kitab paytaxtı” elan edib.
AZƏRTAC xəbər verir ki, bu barədə UNESKO-nun Baş direktoru Odre Azule məlumat verib.
Onun sözlərinə görə, bu barədə qərar dünya kitab paytaxtının məsləhətçiləri komitəsinin tövsiyəsi əsasında qəbul edilib.
Komissiyanın iclası 2019-cu ilin iyununda İsveçrədə keçirilib və iclasın əsas proqram şüarı “Və növbəti kitabınız ..?” olub.
Məlumat üçün qeyd edək ki, 2019-cu ildə dünya kitab paytaxtı Birləşmiş Ərəb Əmirliklərinin Şarja şəhəri, 2020-ci ildə isə Malayziyanın paytaxtı Kuala-Lumpur elan olunub.