Bakı-Qroznı reysini yerinə yetirən AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar elan olunmuş matəm günü ilə bağlı Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyində xatirə kitabı açılıb.
"Report"un yerli bürosu bildirir ki, UNESCO yanında akkreditə olunmuş xarici ölkələrinin daimi nümayəndələri və diplomatları Daimi Nümayəndəliyə gələrək başsağlığı verib, xatirə kitabına ürək sözlərini yazıblar.
Həmçinin UNESCO Baş Direktoru Audrey Azoulay, UNESCO Baş Konfransının Prezidenti Simona Mikolesku, eləcə də müxtəlif ölkələrin Daimi nümayəndəlikləri Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyinə başsağlığı məktubu ünvanlayıb.