Tarixdə ilk dəfə qadınlardan ibarət komanda kosmik ucuş edəcək.
“Sherg.az” “sciencesetavenir.fr”ə istinadən xəbər verir ki, bu ucuş 2019-cu ilin mart ayı üçün nəzərdə tutulsa da, sonradan təxirə salınıb. Lakin bu uçuş 17-18 oktyabr tarixlərində baş tutacaq. Bu barədə NASA məlumat yayıb.
Xəbərdə qeyd olunur ki, uçuşu amerikalı astronavtlar Cesika Meyr və Kristina Koş həyata keçirəcək. Onlar birlikdə Beynəlxalq Kosmik Stansiyaya çıxacaqlar.
Onlar 1998-ci ildən yığılmış və böyük günəş panelləri ilə təchiz edilmiş orbital stansiyanı qorumaq üçün istifadə olunan bir çox batareyanı dəyişdirirlər.
İndiyə qədər həmin işi görmək üçün çoxlu sayda xanım kosmosa çıxıb, lakin həmin xanımlar hər dəfə bir kişi ilə çıxırdılar. Lakin bu dəfə tarixdə ilk dəfə olaraq cəmi iki xanım çıxacaq. Bu kosmik uçuş bir neçə saat davam edəcək.