Kataloniyada böhran: 58 jurnalist döyülüb, 3 nəfərin gözü çıxıb, 182 yaralı, 83 nəfər həbs...


Kataloniyanın müstəqillik prezidenti münaqişədən çıxış yolu tapmaq üçün mərkəzi hökuməti danışıqları davam etdirməyə çağırıb. 
“Sherg.az” “Liberation.fr”ə istinadən xəbər verir ki, şənbə günü, ardıcıl 6-cı axşam idi ki, Kataloniyada qəzəbli  polislərlə etirazçılar arasında şiddətli qarşıdurma yaşanıb.
Nümayişçilər hələ Ali Məhkəmənin Kataloniyaya müstəqilliyin verilməməsinə dair hökmünü həzm etməyiblər və onlar mərkəzi hökumətə qarşı radikal çağırışlar etməyə başlayıblar.

Ona görə də, bazar ertəsi günü doqquz separatçı lideri 9-13 il müddətinə azadlıqdan məhrum ediliblər. Cümə gecəsi olduğu kimi, iğtişaşların episentri Urquinaona meydanından Milli Polis Nümayəndəliyinin yerləşdiyi Laietana küçəsi boyunca davam edib.

Məlumata görə, cümə günü baş verən qarşıdrumadan sonra  avtobuslar yandırılıb, polislər daşa basılıb, daşa basılmış polislər dəyənəklər və rezin güllələrdən istifadə ediblər.

83 nəfər həbs edilib və təxminən 182 nəfər ağır yaralanıb. Onların içərisində bir gözünü itirən 3 nümayişçi var. Sərhədsiz Reportyorların bildirdiyinə görə, 58 jurnalist təhlükəsizlik qüvvələrinin zorakılığı və təcavüzünə məruz qalıb. 

Yerlərdə xüsusilə, Barselonada vəziyyət olduqca gərgindir. Cümə günü  Kataloniyanın beş nöqtəsindən yarım milyon adam küçəyə axın edib. Siyasi vəziyyət kritik həddə çatıb.

Buna səbəb isə Madrid hökumətindəki sosialistlərin Ali Məhkəmənin Bazar ertəsi verdiyi hökmün " ədalətli" olduğunu düşünməsi olub. Barselonada regional separatçı hakimiyyət əksinə olaraq hökmün "qeyri-demokratik" olduğunu və doqquz məhkumun "dərhal əfv edilməli" olduğunu tələb edir. 

Qeyd edək ki, İspaniya Sosialist Fəhlə Partiyasının lideri olan Baş nazir Pedro Sançez 20 dekabrda Barselona şəhərində Katalonya Muxtar Vilayətinin sədri Quim Torra ilə görüşmüş, “Katalonyanın müstəqillik tələbləri müzakirə edilə bilməz deyərək qarşı çıxmışdı. Eyni zamanda, Katalonyadakı problemləri həll etmək üçün dialoq tərəfdarı olduğunu bildirmişdi. Bu da ökıdə ciddi iğtişaşalara səbəb olub.