ABŞ-ın Əfqanıstanın Qəndəhar əyalətində son bir gün ərzində endirdiyi hava zərbələri nəticəsində ən azı 33 Taliban radikal qruplaşmasının üzvü öldürülüb, 8 nəfər yaralanıb.
TASS xəbər verir ki, hava zərbələri Məruf və Şah Vəli Kot bölgələrində həyata keçirilib.
Taliblər ABŞ həbi kolonuna hücum təşkil etdiklərini bildirirlər, lakin amerikalı hərbçilər bu məlumatı təsdiqləmir.
Daha əvvəl “Khaama Press”, Əfqanıstan HHQ-nin Faryab əyalətində 50-dən çox talibi məhv etdiyini bildirmişdi.