Böyük Britaniya Parlamentindəki İcmalar Palatasında Baş nazir Boris Consonun növbədənkənar seçkilərin dekabrın 12-nə təyin olunması təklifi ilə bağlı səsvermə keçirilir.
Axar.az xəbər verir ki, Leyboristlər Partiyası İngiltərənin Avropa İttifaqından (Aİ) razılaşmasız çıxmaq ehtimalının tamamilə aradan qaldırılacağı təqdirdə erkən seçkiləri dəstəkləyəcəklərini açıqlayıblar.
Müxalif Milli Şotlandiya Partiyası və Liberal Demokrat Partiyası seçkilərin dekabrın 9-na təyin olunmasını təklif edirlər.
Xatırladaq ki, sentyabrda Baş nazir Boris Conson iki dəfə deputatlardan növbədənkənar seçkilərin təsdiqlənməsini istəsə də, onun tələbi rədd edilmişdi.