Gürcüstanla hər sahədə inkişaf edən münasibətlərimiz var. Ən qısa zamanda aramızdakı Strateji Əməkdaşlıq Şurasını toplayacağıq.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Gürcüstanın Baş naziri Georgi Qaxariya ilə birgə mətbuat konfransında çıxışı zamanı deyib.
“Trans-Anadolu təbii qaz boru kəməri ilə bölgəmizi mərkəz halına gətirdik. Nəqliyyat sahəsində Bakı-Tiflis-Qars tarixi bir addım oldu. Bu dəmiryolunun açılması ilə 3 dost ölkə bir-birinə fərqli şəkildə bağlanmış oldu”.