“Türkiyə prezidenti Rəcəb Tayyib Ədoğanın amerikalı həmkarı Donald Trampla danışıqları müsbət məcrada keçəcək”. Bunu Sherg.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. Analitik bildirib ki, tərəflər arasında razılaşma əldə olunacağı istisna edimir:
“Amma, Konqrensin buna mane olacağı şübhəsizdir. İlk növbədə ABŞ Rusiyadan alınan “S-400” Trimuf raketlərinin işə salınmamasını və Moskva ilə hərbi-texniki əməkdaşlığı dayandırılmasını istəyəcək. Türkiyə bir müddət bu raketləri işə salmaya bilər. Türkiyənin də ABŞ-dan YPG terror təşkilatına dəstək verməməsi və əldə olunan razılaşmalara əməl edilməsi istəniləcək. Vaşinqton Rusiyaya qarşı formalaşdırdığı cəbhənin Türkiyə olmadan nəticəsiz qalacağından əmindir. Ona görə də Ərdoğan Ağ Evə dəvət edilərək ciddi danışıqlar aparılır. Hər iki dövlət arasında dərin uçurum yaransa da, tərəflərin anlaşması mümkündür. İlk növbədə ABŞ güzəştə gedib, YPG terrorçularından dəstəyi çəkərsə, Türkiyə-ABŞ müttəfiqliyi yenidən real şəkildə davam edər. Problemlər aradan qalxar, amma Amerika kürd kartından Türkiyəyə istifadəni davam etdirəcəyi təqdirdə əldə olunan razılıqlar nəticəsiz olacaq. Bundan sonra Türkiyə-Rusiya əlaqələri inkişaf edəcək”.
Politoloq: "Türkiyəsiz “Yaxın Şərq” planı var. Hətta yaxın vədədə hər iki ölkə razılaşarsa, bu uzaq perspektivi əhatə etməyəcək”
Analitik vurğulayıb ki, əgər ABŞ Türkiyə əleyhinə siyasətinə son verərsə Qara dənizdə planlar reallaşdıra bilər:
“Türkiyə əleyhinə Amerikadakı güclü yəhudi lobbisi və yevangelistlər Ankaranın izolyasiyasını, Suriyada “kürd muxtariyyətinin” yaradılmasını israrla tələb edirlər. Türkiyənin əvvəlki illərdə olduğu kimi ABŞ-ın iradəsinə tabe olmağını istəyirlər. Əks təqdirdə sanksiyalarla hədələyirlər. Yəni indi top Amerikadadır. Ərdoğan da sanskiyalardan dolayı narahatdır. Həm də yaxınlaşan seçki öncəsi sanskiyalar Türkiyə iqtisadiyyatını iflic edə bilər. Bu da Ərdoğana qarşı formalaşan müxalifəti gücləndirə bilər. O baxımdan Ərdoğan Trampla razılaşmağa çalışacaq. Təbii ki, ABŞ YPG-yə dəstəyi tam dayandırsa, proseslər yeni mərhələyə keçər və regionda yeni dəyişiliklər ortaya çıxar. Vaşintonun buna gedəcəyini gözləmirəm. Çünki, Türkiyəsiz “Yaxın Şərq” planı var. Hətta yaxın vədədə hər iki ölkə razılaşarsa, bu uzaq perspektivi əhatə etməyəcək”.