Ukrayna müstəqillik referendumunun 28-ci ildönümünü qeyd edir


Ukrayna müstəqillik referendumunun 28-ci ildönümünü qeyd edir.

AZƏRTAC xəbər verir ki, 1991-ci il dekabrın 1-də müstəqillik haqqında ümumukrayna referendumu keçirilib. Referendumda həmin il avqustun 24-də Ali Rada tərəfindən qəbul edilmiş Ukraynanın İstiqlal Bəyannaməsi təsdiqlənib. Seçicilərin 90,92 faizi "Ukraynanın Müstəqillik Bəyannaməsi Aktını təsdiqləyirsinizmi?" sualına müsbət cavab verib. Dekabrın 2-də Polşa və Kanada, dekabrın 4-də isə Litva və Latviya Ukraynanın müstəqilliyini tanıyıb.

Dekabrın 1-də ümumukrayna referendumu ilə paralel olaraq, ölkə prezidentliyinə ilk seçkilər də keçirilib və Leonid Kravçuk qalib gəlib.