Fransa ABŞ silahının mütləq alınmasına qarşı çıxdı

ABŞ istehsal etdiyi silahları həmrəylik adı ilə məcburi şəkildə NATO müttəfiqlərinə satmaqdan əl çəkməlidir.

TASS xəbər verir ki, bunu Fransanın müdafiə naziri Florans Parli bildirib.

“NATO nizamnaməsinin 5-ci bəndində qeyd olunan “atlantik həmrəyliyi”ni, Vaşinqtonun təzyiqi ilə F-35 bəndinə çevirməyə yol vermək olmaz”, - deyə siyasətçi bildirib.

Onun sözlərinə görə, NATO heç vaxt Avropa Birliyinin suverenliyini təmin edən alət olmayacaq. Bununla belə, Avropa iqtisadi və siyasi gücünə müvafiq özünün hərbi avadanlığını yaratmalıdır.