Deputata sui-qəsd cəhdi: 3 YAŞLI OĞLUNU ÖLDÜRƏNLƏR TUTULDU

Ukrayna polisi Kiyev Vilayət Şurasının deputatı, iş adamı Vyaçeslav Sobolevin 3 yaşlı oğlu Aleksandrın güllələnməsində şübhəli bilinən 2 nəfəri saxlayıb.

Bu barədə Ukrayna DİN-in saytında yazılıb:

“Polis uşağın öldürülməsində şübhəli bilinən 2 nəfəri yaxalayıb. Hazırda əməliyyatçılar və müstəntiqlər onlarla danışır. Təcili təxirəsalınmaz istintaq tədbirləri görülür”.

Daxili İşlər nazirinin müavini Anton Qeraşşenko “112 Ukrayna” kanalının efirində açıqlama verərək bildirib ki, qətl sifarişli olub və cinayət deputat Sobolyevə qarşı düşmənçilik zəminində törədilib.

Sobolevin avtomobili bu gün Kiyevin mərkəzində gülləbaran edilib. Nəticədə deputatın maşında olan 3 yaşlı oğlu Aleksandr aldığı güllə yarasından dünyasını dəyişib.