Böyük Britaniyada avtomobil bir qrup məktəblini vurub, ölən var


Böyük Britaniyanın Esseks qraflığında avtomobil bir qrup məktəblini vurub.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, insident nəticəsində 12 yaşlı məktəbli həlak olub, 4 nəfər isə xəsarət alıb.

Bildirilir ki, hadisə yerli vaxtla saat 15:20-də baş vverib. "Ford KA" avtomobilinin sürücüsü hadisə yerindən qaçıb.