Trampdan Makrona cavab: "Təhqiredicidir"

ABŞ Prezidenti Donald Tramp Fransa Prezidenti Emmanuel Makronun NATO-nun “beyin ölümü” açıqlamasını şərh edib.

Axar.az xəbər verir ki, Tramp NATO-nun böyük bir məqsədə xidmət etdiyini bildirib.

O, Makronun şərhinin təhqiredici olduğunu söyləyib. Fransa iqtisadiyyatının yaxşı vəziyyətdə olmadığını deyən Tramp NATO üçün Makronun belə bir şərh verməməsi gərəkdiyini xatırladıb.