Uyğur böhranı: Çin konqresmenlərə sanksiyaya hazırlaşır

Çin hakimiyyəti ABŞ siyasətçiləri və konqresmenlərinə qarşı viza məhdudiyyətlərinin tətbiqi imkanlarını nəzərdən keçirə bilər.

Axar.az xəbər verir ki, bu iddia ilə Çinin “Qlobal Tayms” qəzetinin baş redaktoru çıxış edib. O, bunun ABŞ-ın Çinin Sintzyan-Uyğur muxtar rayonundakı situasiya ilə bağlı qanun qəbul edəcəyi halda mümkün olacağını bildirib.

Sanksiyaların Sintzyan-Uyğurla bağlı Çin əleyhinə çıxış edən bütün amerikalı siyasətçilərə aid ediləcəyini deyib. Çinin, həmçinin, diplomatik pasportu olan bütün amerikalıların adı çəkilən bölgəyə səfərini qadağan edəcəyi vurğulanıb.