Ana uşağını polis məmurunun sifətinə atdı

.

 24 yaşlı boksçu qadın qucağındakı uşağını polis məmurunun sifətinə atdı. Şok hadisə İngiltərədə baş verib. İki uşaq anası olan boksçu Kirsty Bearfield uşaqlarından birini poliklinikaya aparıb.

Bu zaman xəstəxanadakı görəvilər uşağın qəsdən yaralana biləcəyindən şübhələnib.  Polis çağırılıb, uşaqların atalarında qalması tələb olunub. Bu zaman 24 yaşlı ana çılğına dönüb.



Kirsty Bearfield uşağını qucağında  saxlayırdı. Polis məmuru Kirsty Burnett, Bearfieldin qarşısına keçərək qərarı açıqlayıb.
Bu zaman qadın qucağındakı uşağı polis məmurunun  sifətinə atıb.



Polis məmuru ona tərəf atılan uşağı havada tutmağı bacarsa da özü ciddi xəsarət alıb. Təxminən 15 kiloqram ağırlığında olan uşağı tutmaq istəyərkən boyunu zədələnən  qadın polis həftələrlə müalicə almaq məcburiyyətində qalıb.
Hadisə məhkəməyə daşınıb.  Məhkəmədə polis məmuru Kirsty Burnettin hələ sol çiyininin sağalmadığı açıqlanıb.
Aldığı xəsarətə görə paltarını geyinə bilməyən qadın polis, hadisədən sonra psixologiyasının pozulduğunu və kabuslar gördüyünü də söyləyib.

Müttəhimlər kürsüsünə çıxaraq kiçik qızının ibtidai məktəbə başladığını söyləyən qadın, ona sarıla bilmədiyinin deyib.  Üzmək və kross qaçmaq kimi hobbilərindən də məhrum qaldığını söyləyən qadın, "Bir ana üçün ən pis şey qızına sarıla bilməməkdir" deyə bildirib.
Hakim  düşünmədən etdiyi ani bir hərəkətə görə Kirsty Bearfieldin həbs cəzası ilə cəzalandırılmasını doğru saymayıb . Məhkəmədə qadına 12 ay şərti həbs cəzası verilib.
Qərara görə, Kirsty Bearfield eyni zamanda 25 günlük reabilitasiya müalicəsi alacaq.

Turan