Almaniya bu qətlə görə Rusiyanı ittiham edə bilər

Almaniya Prokurorluğu Berlində qətlə yetirilən Gürcüstan vətəndaşının cinayət işini milli təhlükəsizlik işləri üzrə federal prokurorluğa verə bilər.

Axar.az xəbər verir ki, bu məlumatı “Vol Strit Jurnal” qəzeti yayıb. Məlumata görə, Berlin cinayətin təşkilində Rusiyanın iştirakından şübhələnir. Mənbə bunun təsdiqlənəcəyi halda Rusiyaya qarşı sanksiya tətbiq ediləcəyini vurğulayıb.

Almaniya artıq cinayətdə Rusiya hökumətiylə bağlı olan şübhəli şəxs müəyyən edib.

Qeyd edək ki, çeçen əsilli səhra komandiri Zəlimxan Xanqoşvili avqustun 23-də Berlində qətlə yetirilib.