Gürcüstanda iqtidar-müxalifət toqquşması yaşanır

Hakimiyyət vətəndaş qarşıdurmasına imkan verməyəcək.

Axar.az xəbər verir ki, bunu Gürcüstan Baş naziri Georgi Qaxariya deyib. Onun sözlərinə görə, güc tətbiq edən şəxslər hansı mövqedə dayanmasından asılı olmayaraq, qanun qarşısında cavab verəcəklər.

Qeyd edək ki, son bir neçə gündə Gürcüstanda müxalifət partiyalarının nümayəndələri ilə iqtidarın tərəfdarları arasında toqquşma yaşanıb. Toqquşmalar xüsusi Kobuleti, Kutaisi, Msxeta və digər şəhərlərdə qeydə alınıb.