NATO Türkiyənin YPG şərtinə reaksiya verdi

NATO Baş katibi Yens Stoltenberq Baltikyanı ölkələrin müdafiəsi planının dəstəklənməsinə qarşılıq Türkiyənin YPG ilə mübarizədə dəstəklənməsi şərtini şərh edib.

Axar.az xəbər verir ki, Stoltenberq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışdığını və məsələ üzərində iş aparıldığını bildirib. Baş katib NATO-nun ziddiyətlərin öhdəsindən gələcəyini bəyan edib.

Qeyd edək ki, bu gün Türkiyə, Polşa və Baltikyanı ölkələr arasında görüş keçiriləcək.