Bu ölkə BMT-də səs haqqından məhrum edilə bilər

Braziliya BMT Baş Assambleyasında səs haqqından məhrum edilə bilər.

Axar.az xəbər verir ki, buna səbəb Braziliyanın təşkilatın büdcəsinə iki il ərzində gərəkli olan borcunu ödəməməsi olub. Belə ki, Braziliyanın BMT-yə borcu 415 milyon dollara çatıb. Səs qorumaq üçün Braziliyanın BMT büdcəsinə 126 milyon dollar ödəməli olduğunu bildirib.

Qeyd edək ki, BMT son 10 ilin ən böyük büdcə böhranı ilə qarşı-qarşıya qalıb. Hazırda təşkilata 193 ölkədən 54-nün borcu var.