Saheldə terror aktı baş verib. Nigeriya ordusunun 71 əsgəri qətlə yetirilib.
“Sherg.az” “lepoint.fr”ə istinadən xəbər verir ki, hadisə Nigeriyanın Mali ilə sərhəddində yerləşən İnate kəndindəki əsgər düşərgəsində baş verib.
Terrorçu qruplaşma ilə nigeriyalı əsgərlər arasında atışma 3 saat davam edib. Terrorçular ağır silahlardan atəş açıblar. Bundan başqa, partlayışlar törədiblər. Nəticədə 71 əsgər şəhid olub,12 nəfər yaralanıb, bir neçə nəfər isə itkin düşüb.