Kiyevdə yaşayış binasında güclü yanğın: 2 nəfər öldü - FOTOLAR

Ukraynanın Kiyev şəhərində 16 mərtəbəli yaşayış binasında güclü yanğın baş verib.

Sherg.az “Qafqazinfo”ya istinadən məlumatına görə, insident Podolsk rayonunun 6-cı Mostitsk massivinin Kvitnevıy döngəsində qeydə alınıb.

Yanğın zamanı xilasedicilər 4 nəfəri xilas edib və 15 nəfəri təxliyyə edib. Mənzillərə baxış keçirilən zaman oradan 2 nəfərin meyiti aşkarlanıb.

Yanğının söndürülməsində 27 nəfərdən ibarət canlı qüvvə və 10 texnika iştirak edib. Hadisənin baş vermə səbəbləri araşdırılır.