33 terrorçu zərərsizləşdirildi


Fransa hərbçiləri Malidə 33 terrorçunu zərərsizləşdiriblər.
Trend-in "Kommersant"a istinadən verdiyi məlumata görə, bunu Fransa prezidenti Emmnuel Makron deyib.

Onun sözlərinə görə, Paris Afrikanın Sahel bölgəsindəki terrorçulara qarşı mübarizəyə "yeni güc" verməyə çalışacaq.

Qeyd edək ki, hazırda Fransa prezidenti Emmanuel Makron Fil Dişi Sahili Respublikasında səfərdədir.