Əfqanısatnda keçirilən Prezident seçkilərində Əşrəf Qani irəlidədir

  
Əfqanıstanda sentyabrın 28-də keçirilmiş prezident seçkilərində ilkin hesablamalara görə, hazırkı Prezident Məhəmməd Əşrəf Qani liderdir. O, səslərin 50,64 faizini qazanıb. İkinci yer Abdullah Abdullaha məxsusdur.

Trend-in verdiyi məlumata görə, bu barədə Əfqanıstan Müstəqil Seçki Komissiyasının sədri Hava Alem Nuristani məlumat verib. O deyib ki, səsvermədə 2 milyondan az vətəndaş iştirak edib. Çox sayda bülleten etibarsız hesab olunub.

Xatırladaq ki, bu, Əfqanıstanda 2001-ci ildə “Taliban” rejiminin süqutundan sonrakı dövrdə keçirilmiş dördüncü prezident seçkiləridir. Qeyri-sabit şəraitdə seçkilərin keçirildiyi gün törədilən 113 hücum nəticəsində ən azı 32 nəfər həlak olub, 123 nəfər yaralanıb.