Əlcəzairin Baş Qərargah rəisi infarktdan öldü

Əlcəzair Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Əhməd Hayed Saleh 79 yaşında ürəktutması nəticəsində vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin “APS” agentliyi məlumat yayıb.

Prezident Əbdülməcid Təbbunun sərəncamı ilə Salehin yerinə Quru Qoşunlarının komandiri Səid Şanqarihanı təyin edilib.