Ona bir avtomobilin pulunu xərclədi

Qartalı nazirliyin icazəsi ilə Almaniyadan gətirib

Sivasda yaşayan Halit Şeker  bir dostundan ilhamlanaraq qartal saxlamağa qərar verir.  O, bir avtomobilin pulunu xərcləyib, 30 min TL qarşılığında xaricdə xüsusi yetişdirilmiş qartal alır. Ona övladı kimi baxır, "Oğulum" adını verir. Şəkər, nazirliyin icazəsi ilə Almaniyadan Türkiyəyə gətirtdiyi qartal üçün 5 min TL xərcləyərək xüsusi bir qəfəs tikdirib. Qidalanması və baxımı üçün hər ay ortalama 800 TL xərcləyir. Heyvanları çox sevdiyini ifadə edən Şəkər, "Hobbiləri olan biriyəm. Təbiət heyvanlarını sevmək də bu hobbilərimdən biridir. Əvvəllər atlara və itlərə qarşı hobbim vardı. Onlara qarşı marağım hələ davam edir. Təbiət quşuna qarşı həvəsim  bir dostumun sayəsində başladı. O, qartal və şahin bəsləyirdi, məni də  maraq bürüdü. Təxminən 1 ildir qartal saxlayıram. Bu gördüyünüz quş insana öyrəşib, Almaniyada xüsusi olaraq yetişdirilib. Nazirliyin icazəsi ilə Türkiyəyə gətirib, adıma qeyd etdirdim".

Qartal üçün aylıq 800 lirə xərclədiyini söyləyən Şəkər sözlərinə  belə davam edir:

"Bu iş bir az maddiyyət tələb edir. Gətirilməsi 2 min avro, cihazı 2 min 300 avro, yəni Türk Lirəsi ilə hesabladıqda yalnız 30 min Lirə quşun cihazı və gətirilməsi tutdu. Buradakı qəfəs xərcləri və müxtəlif xərclərlə 35 min Lirəyə başa gəldi. Aylıq xərci, istehlak etdiyi ət və digər xərcləri ilə 700- 800 Lirəyə çatır".
Şəkər  deyir ki, bu səbir tələb edən hobbidir.  Pişik, it kimi dərhal insana alışmır. Təbiətə öyrətmək adamın xeyli zamanını alır. Məşğul olmaq lazımdır, bəzən 24 saat yanımızdan ayırmırıq.

Turan