Taliblər 20-dən çox sülh fəalını oğurladı

Əfqanıstanın qərbində 20-dən çox sülh fəalı qaçırılıb.

Məlumatı “Associated Press” agentliyi yayıb.

Polis rəsmisi Mohibulla Mohiba açıqlamasında bildirib ki, “Taliban” təşkilatının yaraqlıları Fərah vilayətinin Bala Buluk rayonunda avtomobil karvanında hərəkət edən sülhməramlı təşkilatın üzvlərini pusquya salaraq əsir götürüblər.

Fərah vilayətində fəaliyyət göstərən “Taliban” üzvləri baş verən hadisəyə görə məsuliyyət daşımadıqlarını bildirib.

Fəalların sərbəst buraxılması üçün hüquq-mühafizə orqanlarının əməkdaşları axtarış tədbirlərinə başlayıb.