Raket atıldı, Netanyahu çıxışını yarımçıq kəsdi - VİDEO

İsrail Baş naziri Benyamin Netanyahunun Likud Partiyasının Aşkelon şəhərində keçirilən görüşündə baş verən insidentin videosu yayılıb.

Axar.az xəbər verir ki, görüşdə çıxışdan az sonra Qəzzadan atılan raketlərə görə həyəcan siqnalı çalınıb. Nəticədə Netanyahu mühafizəçiləri tərəfindən görüşün keçirildiyi zaldan çıxarılıb. Həyəcan siqnalının dayandırılmasından az sonra o, yenidən iclasın keçirildiyi zala geri dönüb.

İsrail ordusu insidentdən sonra açıqlama yayaraq, Qəzzadan şəhərə bir raket atıldığını, onun qarşısını Dəmir Qübbənin aldığını bildirib.