Rusiyanın Voronej əyalətində Ramon rayonunun rəhbərinin maşını partladılıb.
Oxu.az-ın xəbərinə görə, nəticədə 43 yaşlı Nikolay Frolov ağır yaralanıb.
Nikolay Frolov dərhal xəstəxanaya çatdırılıb. Hazırda onun vəziyyəti ağır qiymətləndirilir.
Hadisənin təfərrüatı dəqiqləşdirilir.