Putin həbsdə olan keçmiş həmkarına məktub yazdı: "Dözümlü ol!"

Rusiya Prezidenti Vladimir Putin Ermənistanın həbsdə olan keçmiş prezidenti Robert Köçəryanı Yeni İl bayramı münasibətilə təbrik edib.

Teleqraf.com xəbər verir ki, Putin bu məqsədlə keçmiş həmkarına məktub göndərib.

Məktubda deyilir:

“Rusiya dövlətlərimiz arasında dostluq münasibətlərinin və qarşılıqlı faydalı əməkdaşlığın inkişafındakı töhfənizi yüksək qiymətləndirir”.

Köçəryanı Yeni İl və Milad münasibətilə təbrik edən Putin ona cansağlığı, dözüm və nikbinlik arzulayıb.