Dəhşətli qəzanın ilkin səbəbi: “Quyruq” yerə dəyib...

İlkin ehtimallara əsasən, təyyarənin quyruq hissəsi iki dəfə uçuş zolağına toxunub. Bu, ya pilotun səhvi, yaxud da texniki nasazlıq səbəbindən baş verib.

Axar.az xəbər verir ki, bu sözləri Qazaxıstan Baş nazirinin müavini Roman Sklyar Alma-Atıdakı təyyarə qəzasını şərh edərkən deyib.

O, qəzanın səbəbinin xüsusi texniki ekspertiza nəticəsində məlum olacağını bildirib.

Qeyd edək ki, Alma-Atı şəhərində bu gün baş verən qəza nəticəsində 15 nəfər ölüm, 50 nəfər yaralanıb. Prezident Tokayev ölkədən 28 dekabrı matən günü elan edib.