ABŞ Kətaib Hizbullah hərbi qruplaşmasının İraqın Əl Kaim şəhərində yerləşən obyektlərinə zərbə endirib.
Axar.az xəbər verir ki, bu məlumatı “Əl Arabiya” televiziyası yayıb.
Hücum nəticəsində 5 nəfər ölüb, 14 nəfər yaralanıb.
ABŞ-ın bu addımını İraq Prezidenti Barham Saleh tənqid edib. O, sözügedən hücumun ölkənin suverenliyini pozduğunu və İraq-ABŞ razılaşmalarına zidd olduğunu söyləyib.