Niderland hökuməti 2020-ci il yanvarın 1-dən etibarən “Hollandiya” adının işlənməyəcəyini elan edib.
Axar.az xəbər verir ki, yeni qərara əsasən, tədris müəssisələri, şirkətlər, eləcə mətbuat orqanları “Hollandiya” adından istifadə etməyəcək.
Niderland hökuməti bildirib ki, bu qərar ölkə ilə bağlı mənfi imicin aradan qalxması ilə əlaqədar qəbul edilib.
Hökumətin fikrincə, bu qərar ölkəyə turizm axınını yenidən şaxələndirəcək. Belə ki, bu gün ölkəyə gələn turistlərin əksəriyyəti tarixi Hollandiya ərazisinə, yəni Amsterdam, Haaqa və Harlem şəhərlərinə səfər edir.
Hakimiyyət orqanlarının ad islahatına 200 min avro vəsait ayırdığı bildirilir.