Türkiyə Liviyaya ilk hərbçilərini yaxın iki gün ərzində göndərəcək.
Axar.az xəbər verir ki, bu məlumatı “Əl Ərəbiyyə” öz mənbələrinə istinadən yayıb. Məlumata görə, Türkiyə parlamentinin Liviyaya hərbçi göndərmək haqqında qərarı dəstəkləməsindən bir neçə gün öncə Liviyaya Milli Razılıq Hökumətinin liderləri ilə görüş üçün bir neçə zabit göndərilib.
Ankaranın birbaşa hərbi kontingentlə dəstəyindən başqa Liviyaya silahla da yardım edəcəyi vurğulanıb.