ABŞ Qasım Süleymaninin ölümündən sonra İrandan gələn təhdidlərin qarşısını almaq üçün Yaxın Şərqə 3750 hərbçi göndərmək qərarı qəbul edib.
Axar.az xəbər verir ki, Pentaqon bölgəyə ilkin mərhələdə təcili olaraq 750 əsgərini göndərəcək.
İkinci mərhələdə isə bölgəyə 3000 hərbçinin göndərilməsi nəzərdə tutulur. Göndərilən hərbçilərin ilkin olaraq Küveytdə yerləşdirilməsi planlaşdırılır.