Breksit müqaviləsi 3 gün müzakirə ediləcək

Böyük Britaniya parlamentində deputatlar Baş Nazir tərəfindən təqdim olunan Breksit müqaviləsini üç gün müddətində müzakirə edəcəklər. Müzakirələrdən sonra müqavilə Lordlar Palatasına təqdim olunacaq.

Axar.az xəbər verir ki, Breksit sövdələşməsinin həyata keçirilməsi üçün lazım olan qanunvericiliyin təhlilindən sonra müzakirələr yenidən davam etdiriləcək.

Müqavilə Avropa İttifaqına ödəmələri, vətəndaşların hüquqlarını və Şimali İrlandiya üçün gömrük tənzimləmələrini əhatə edir.

Xatırladaq ki, Böyük Britaniya yanvarın 31-dək Avropa İttifaqını tərk etməlidir.