ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Donald Tramp administrasiyasına müraciət edərək, İranı təhrik etməməyi tələb edib.
Axar.az xəbər verir ki, bu barədə spiker öz Tvitter səhifəsində yazıb.
“ABŞ hərbçilərinin təhlükəsizliyini təmin etməli və İrandan güc tətbiqini dayandırmağı tələb etməlidir. ABŞ və dünya müharibəyə yol verə bilməz”, - deyə spiker qeyd edib.
Qeyd edək ki, bu gecə SEPAH-ın ABŞ-ın İraqdakı bazasına endirdiyi zərbə nəticəsində Pentaqonun təyyarəsi məhv edilib. Eyn əl-Əsəd bazasında 80 amerikalının öldüyü, 200 nəfərin yaralandığı da bildirilir.