Ukrayna Prezidenti Vladimir Zelenski Tehranda baş verən qəza ilə bağlı həlak olanların yaxınlarına başsağlığı verib.
Bu barədə o, “Facebook” hesabında yazıb.
“Yaxın Şərqdən dəhşətli xəbər. Həlak olan sərnişinlər və ekipaj üzvlərinin yaxınlarına səbr diləyirəm”, - deyə o bildirib.
Zelenski, həmçinin, qeyd edib ki, İranda yerləşən Ukrayna səfirliyi hadisənin təfərrüatını araşdırır.
Qeyd edək ki, Tehrandan Kiyevə uçan təyyarə qəzaya uğrayıb, nəticədə, təyyarədə olan bütün sərnişinlər və ekipaj üzvləri həlak olub.