İranda təyyarə  qəzasında ölənlərin hansı ölkələrin vətəndaşları olduqları açıqlanıb



İranda Ukraynaya məxsus “Boeing 737” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 11 Ukrayna vətəndaşı həlak olub. AZƏRTAC xəbər verir ki, bu barədə Ukraynanın Xarici İşlər naziri Vadim Pristayko “Twitter” səhifəsində yazıb.

Nazir qeyd edib ki, qəza nəticəsində 82 İran, 63 Kanada, 10 İsveç, 4 Əfqanıstan, 3 Almaniya, 3 Böyük Britaniya, 2 Ukrayna vətəndaşı və 9 ekipaj üzvü həlak olub.

Xatırladaq ki, yanvarın 8-də Tehrandan havaya qalxan təyyarə qısa müddətdə qəzaya uğrayıb. Qəzaya ilkin səbəb kimi mühərrikin alışması göstərilir.