ABŞ üç gün ərzində Küveytdəki Arifcan hərbi bazasından öz hərbçilərini çıxarmaq niyyətindədir.
Axar.az xəbər verir ki, bunu Küveyt Müdafiə naziri Nasir Əhməd deyib.
“Biz Küveytdəki ABŞ qoşunlarının komandanından məktub almışıq ki, ABŞ öz qoşunlarını Arifcan hərbi bazasından yaxın üç gün ərzində çıxaracaq. ABŞ-ın qərarı bizim üçün gözlənilməzdir. Bu barədə ABŞ Mərkəzi Qüvvələr Komandanlığı və Pentaqonla danışıqlar aparırıq”, – deyə o bildirib.
Qeyd edək ki, Arifcan ABŞ üçün regionda vacib logistik məntəqədir.