Ukrayna Nazirlər Kabinetinin fövqəladə iclası başa çatıb.
Real TV-yə istinadla xəbər verir ki, bu gecə İrana yollanacaq ekspertlər qrupunun üzvləri təsdiqlənib.
Qrupa Ukrayna Fövqəladə Hallar Xidmətinin, Müdafə Nazirliyinin, Xarici İşlər Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Ukrayna Təhlükəsizlik Xidmətinin, Milli Təhlükəsizlik və Müdafiə Şurasının, Dövlət Aviasiya Xidmətinin və "Ukrayna Beynəlxalq Aviaxətləri" aviaşirkətinin mütəxəssisləri daxildir.