Qətər əmiri Tamim bin Hamad Al Tani İranın paytaxtı Tehrana səfərə gəlib.
Trend bildirir ki, bu barədə İSNA agentliyi bildirib.
Məlumata əsasən, səfər çərçivəsində Qətər əmiri İran prezidenti Həsən Ruhani də daxil olmaqla bir sıra rəsmi şəxslərlə görüşlər keçirəcək.
Qətərin QNA xəbər agentliyi qeyd etdi ki, əmir Tehrana səfəri zamanı ikitərəfli münasibətləri, bölgədəki son hadisələri, habelə "qarşılıqlı maraqları əhatə edən regional və beynəlxalq problemləri" müzakirə edəcək.