ABŞ Prezidenti Donald Tramp bu il taliblərlə müqavilə bağlaya bilər.
Axar.az xəbər verir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Robert Obrayen deyib. Onun sözlərinə görə, əgər Talibanla müqavilə imzalanmasa, Vaşinqton Əfqanıstandakı kontingenti saxlamaq niyyətindədir.
O, həmçinin, Əfqanıstanda ABŞ-ın hərbi mövcudluğunun hər an azala biləcəyini istisna etmədiyini söyləyib.