Daşkənddə özbək dilində çap olunan “Qurani-Kərim”i həm paytaxtda, həm də vilayətlərdəki kitab mağazalarından almaq üçün uzun növbələr yaranıb.
AZƏRTAC xəbər verir ki, Daşkənddəki “Xilol” nəşriyyatında nəfis şəkildə çap olunan müqəddəs kitabı özbək dilinə mərhum din alimi Şeyx Məhəmməd Sadık Məhəmməd Yusuf tərcümə edib.