Türkiyədə qar uçqunu: Ölü sayı 26-ya yüksəldi (YENİLƏNİB)

Türkiyənin Van-Bahçesaray magistralının 33-cü kilometrliyində qar uçqunu nəticəsində həlak olanların sayı 26-ya yüksəlib. 

“Hürriyət”in məlumatına görə, bu barədə Türkiyə Respublikası Fövqəladə Halların İdarə olunması Agentliyi xəbər yayıb.

Qeyd edilib ki, 53 nəfər isə yaralanıb.

15:46

Türkiyədə qar uçqunu nəticəsində qarın altında qalan mikroavtobusdakı 2 nəfərin xilas edilməsi üçün aparılan axtarışlar zamanı növbəti faciə baş verib. 

“Hürriyyet” xəbər verir ki, axtarış-xilasetmə əməliyyatı aparılan zaman ərazidə növbəti qar uçqunu baş verib.

Qeyd edək ki, uçqun Van-Bahçesaray magistralının 33-cü kilometrində baş verib. Əraziyə əlavə qüvvələrin cəlb edilməsindən sonra qar altında qalan 30-dan çox insanın axtarışlarına başlanılıb.

Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu baş vermiş faciədə səkkiz nəfərin həlak olduğunu açıqlayıb.