İstanbuldan İzmirə uçan təyyarə qəzaya uğrayıb.
“Haber Global” xəbər verir ki, hadisə “Sabiha Gökçen” hava limanında baş verib.
“Pegasus” şirkətinə məxsus təyyarə havalanarkən uçuş zolağından çıxıb.
Sərnişin təyyarəsinə böyük miqyasda zərər dəyib. Hadisə yerinə polis, təcili yardım və yanğınsöndürmə xidmətinin əməkdaşları cəlb olunub.
stanbulda qəzaya uğrayan təyyarə ilə bağlı yeni məlumatlar açıqlanıb.
NTV xəbər verir ki, İzmirdən gələn hava gəmisi sərt eniş etdiyi üçün zolaqdan çıxıb və bir neçə parçaya ayrılıb.
Hadisə zamanı partlayış və yanğın baş verməyib.
Təyyarədə olan 177 nəfər sərnişindən ölən olmayıb.
Yaralıların təxliyyəsi davam edir.