Gürcüstanda koronavirusa yoluxanların sayı 25-ə çatıb



Gürcüstanda koronavirusa yoluxanların sayı 25 nəfərə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı yaratdığı xüsusi rəsmi saytda məlumat verilib.

Bildirilib ki, bu gün Gürcüstanda 295 nəfər karantində həkim nəzarətindədir, daha 49 nəfər stasionar nəzarətdə saxlanılır.